Pakistan Əfqanıstanla danışıqları bərpa etdi

30-10-2025, 14:02 102 dəfə baxılıb

 

Pakistan Türkiyənin vasitəçiliyi ilə Əfqanıstanla danışıqları bərpa etməyə razılıq verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistanın “Geo News” nəşri mənbələrə istinadən məlumat yayıb. 

“Mənbələr bildirir ki, Pakistan sülhə nail olmaq üçün daha bir şans vermək məqsədilə dialoqu bərpa etmək qərarına gəlib. Əvvəlki danışıqların uğursuzluğundan sonra evə qayıtmağa hazırlaşan Pakistan nümayəndə heyəti müzakirələri davam etdirmək üçün İstanbulda qalma müddətini uzadacaq”, - məlumatda deyilir.

Bildirilir ki, Pakistan Əfqanıstandan öz ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı ciddi tədbirlər görməyi tələb edir. 

Qeyd edək ki, daha əvvəl Pakistanın kütləvi informasiya və kommunikasiya naziri Ataullah Tarar İstanbulda Əfqanıstan tərəfi ilə 4 gün davam edən danışıqların nəticəsiz başa çatdığını açıqlamışdı. 

Onu da xatırladaq ki, bir müddət əvvəl iki ölkənin sərhədində silahlı toqquşmalar baş vermişdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031