Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana gəlməsi müzakirə olunur

1-11-2025, 00:08 14 dəfə baxılıb

 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana Zəfər paradında iştirak üçün gəlməsi müzakirə olunur".

"Azerinews.az" "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib.

O qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətlərini gənclər də davam etdirməlidirlər:

"Bu yöndə gənc iş adamlarının əməkdaşlığı vacibdir. 44 günlük müharibə ilə Qarabağın işğaldan azad edilməsi bizim üçün böyük Zəfərdir. Həmin dövrdə biz "Qarabağ Azərbaycandır" deyə səsimizi ucaldırdıq və bu gün isə "Qəzza Fələstindir" deyirik".

Qeyd edək ki, Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu Azərbaycanda səfərdədir.

Nazir müavini sabah Bakıda "Gənc MÜSİAD"ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumunda (EYBF2025) iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031