İran XİN rəhbəri zərbələrdən sonra itmiş uranın yerini açıqladı

3-11-2025, 14:13 10 dəfə baxılıb

 

ABŞ-nin İranın ən böyük nüvə proqramı obyektlərinə endirdiyi zərbələrdən sonra itmiş 60%-ə qədər zənginləşdirilmiş 400 kq uran hücumlardan əvvəl olduğu yerdədir.

"Azerinews.az" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Abbas Əraqçı "Al Jazeera"ya verdiyi müsahibədə bildirib.

Müsahibənin bir hissəsi onun "Telegram" kanalında yayımlanıb.

Əraqçının sözlərinə görə, bu materialların, demək olar ki, hamısı zərbələr nəticəsində dağıdılmış müəssisələrin qalıqları altında yerləşir.

XİN rəhbəri ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin böyük ziyan vurduğunu, bina və avadanlıqların dağıldığını bildirib. Bununla yanaşı, o, texnologiyaların məhv edilmədiyini vurğulayıb və İranın qətiyyətinin yox olmadığını, hətta müharibədən sonra artdığını bəyan edib.

Xatırladaq ki, iyun ayında İsrail və İran arasında 12 günlük müharibə baş verib. İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyatı başlatmaq qərarını Tehranın nüvə silahı yaratmağa yaxınlaşması ilə izah edib. Münaqişəyə ABŞ də qoşulub və İranın Fordo, İsfahan və Natanzdakı ən böyük nüvə proqramı obyektlərinə zərbələr endirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930