Çində oftalmoloqlar dünyada ilk dəfə 4 200 km-dən çox məsafədə əməliyyat keçirdilər

4-11-2025, 12:46 12 dəfə baxılıb

 

Çinli oftalmoloqlar cərrahi robot vasitəsilə dünyada ilk dəfə onlardan 4 200 km məsafədə olan xəstə üçün subretinal inyeksiya əməliyyatı keçiriblər.

"Azerinews.az" ın məlumatına görə, bu barədə Sun Yatsen Universitetindən bildirilib.

Quançjoudan olan həkimlər Urumçidə olan xəstəni 5G əlaqəsindən istifadə edərək robotlaşdırılmış qolu idarə etməklə əməliyyat ediblər.

"Bu əməliyyat Çində uzaq məsafədən yüksək dəqiqlikli oftalmoloji cərrahiyyənin praktiki tətbiqinə doğru mühüm addımı təmsil edir", - deyə Sun Yatsen Universiteti nəzdində "Çjunşan" oftalmoloji mərkəzinin nümayəndəsi Lin Haotyan bildirib.

Robot Urumçidəki xəstənin gözünə mikroiynə daxil edib, Quançjoudakı mütəxəssislər isə uzaqdan onun hərəkətini idarə edərək mikroiynəni müəyyən edilmiş dərinliyə çatdırıb və dərmanı yeridiblər. Bütün əməliyyat yeddi dəqiqədən az çəkib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031