Türk nazir bütün orqanlarını bağışladı

5-11-2025, 01:22 10 dəfə baxılıb

 

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bütün orqanlarını bağışlayıb.

“Azerinews.az” xəbər verir ki, nazir orqan bağışlanmasının vacibliyinə diqqət çəkmək və bu sahədə maarifləndirmə aparmaq məqsədilə “e-Nabız” sistemi vasitəsilə orqanlarını rəqəmsal formada bağışlayıb:

“İnancımıza görə, bir canı xilas etmək bütün dünyanı xilas etməyə bərabərdir. Bu anlayışı cəmiyyətə düzgün çatdırmaq vacibdir.

İnsanlar sağ ikən özlərinin bir hissəsini bağışlayırlar. Ölkəmizdə ildə 5 mindən çox orqan köçürməsi həyata keçirilir və bunun 90 faizi canlı donorlardan alınır. Bu isə onu göstərir ki, cəmiyyət öləndən sonra da orqan bağışına daha açıq ola bilər. Bu istiqamətdə səylərimizi davam etdiririk. Hər gün Türkiyədə 32.500 insan bir orqan gözləyir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930