KİV: Tramp vəsaitlərin toplanmasında rekord qırıb

6-11-2025, 08:40 12 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp öz layihələrini həyata keçirmək məqsədilə korporativ donorlar vasitəsilə təxminən iki milyard dollar vəsait cəlb edib.

"Azerinews.az" xəbər verir ki, bu barədə "Axios" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, layihələr arasında Ağ Evdə mərasim zalının tikintisi, eləcə də ABŞ-nin qarşıdan gələn 250 illiyi münasibətilə keçiriləcək tədbirlər yer alır.

Qeyd olunur ki, indiyədək heç bir ABŞ lideri bu qədər böyük məbləği bu qədər qısa müddətdə və bu qədər müxtəlif məqsədlər üçün toplaya bilməyib.

Məlumata görə, Tramp bu təşəbbüslərə hələ vəzifəyə başladığı vaxtdan diqqət yetirir və dayanmaq niyyətində deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930