Paşinyan Katolikos II Qareqinin qardaşını DTK üçün işləməkdə ittiham etdi

6-11-2025, 15:04 8 dəfə baxılıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti tərəfindən Erməni Apostol Kilsəsinin Rusiya yeparxiyasının rəhbəri, arxiyepiskop Yezras Nersisyana (Katolikos II Qareginin qardaşı) Aleksandr Nevski ordeni ilə təltif olunmasına şərh verməkdən imtina edib.

"Azerinews.az" xəbər verir ki, bu barədə Newsarmenia.am məlumat yayıb.

"Təltif olunması faktına gəldikdə, burada şərh edəcək bir şey yoxdur. Hər hansı bir ölkə istədiyi şəxsi, o cümlədən erməni yepiskopunu təltif edə bilər. Onun Rusiya vətəndaşlığının olması da istisna deyil", - deyə Paşinyan cümə axşamı keçirilən brifinqdə bildirib.

O, parlamentin tribunasından arxiyepiskop Yezras Nersisyanı keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) agenti adlandırdığını xatırladıb.

"Qəribədir ki, jurnalistlər Ktriç Nersisyandan (Katolikos II Qareginin dünyəvi adı - red.) onun subaylıq andı içdikdən sonra övladının dünyaya gəlməsi ilə bağlı bir izahat gözləmirlər və beləliklə o, katolikos ola bilməz. Ktriç Nersisyan katolikos deyil. Erməni Apostol Kilsəsinin bu gün katolikosu yoxdur. Bu statusda qanunsuz olaraq oturan bir şəxs var", - deyə Paşinyan bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930