Tokayev: "Tramp marşrutu Orta Dəhlizin daha da inkişafını təşviq edə bilər"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.
"Azerinews.az" ın Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağ Evdə keçirilən görüşdə Tokayev Trampa Vaşinqtona səfər dəvəti və Qazaxıstan nümayəndə heyətinə göstərilən müstəsna qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
O, həmçinin Qazaxıstanın ABŞ Prezidentinin sülhməramlı təşəbbüslərinə, o cümlədən Orta Dəhlizin daha da inkişafını asanlaşdıra biləcək Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutuna (TRIPP) dəstəyini ifadə edib.
Öz növbəsində Donald Tramp ABŞ-nin Qazaxıstanla çoxşaxəli, genişləndirilmiş strateji tərəfdaşlığı daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.
Liderlər görüş zamanı Qazaxıstan və ABŞ arasında 17 milyard dollardan çox dəyərində ticarət müqavilələrinin imzalanmasını alqışlayıblar.
Söhbət zamanı ikitərəfli məsələlərin geniş spektri üzrə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivli sahələr müəyyən edilib.
Prezidentlər, həmçinin, beynəlxalq gündəmdəki cari məsələləri müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: