İndoneziyada məktəbdə törədilən partlayışda 96 nəfər yaralanıb

10-11-2025, 13:00 7 dəfə baxılıb

 

İndoneziyanın paytaxtı Cakarta şəhərində məktəb binasında baş verən partlayışda xəsarət alanların sayı 96 nəfərə çatıb, onlardan 29 nəfər xəstəxanaya yerləşdirilib.

"Azerinews.az"  xəbər verir ki, bu barədə paytaxt polisinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, partlayışı yaşıdları tərəfindən təhqir edilən bir şagirdin törətməsi ehtimal edilir. Polis onun evində naməlum toz maddə aşkarlayıb, müstəntiqlər onun mənşəyini araşdırırlar. Şübhəli özü də yaralanaraq reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, partlayış noyabrın 7-də 72 nömrəli məktəbin məscidində baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930