Sarkozi həbsdən çıxır

10-11-2025, 20:29 10 dəfə baxılıb

 

Fransanın keçmiş prezidenti Nikola Sarkozi apellyasiya şikayətinə baxılana qədər şərti azadlığa buraxılıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə BFM TV-nin məlumatındda deyilir.

Bildirilib ki, məhkəmədəki yekun çıxışında Sarkozi həbsxana həyatının “çətin, çox çətin” olduğunu bildirib və dəfələrlə öz günahsızlığını vurğulayıb.

Qeyd edək ki, “Liviya işi” çərçivəsində cinayətkar təşkilat yaratmaqda təqsirli bilinən keçmiş prezident beş il müddətinə azadlıqdan məhrum edilmişdi. Sarkozi 11 kvadratmetrlik, pəncərəli tək nəfərlik kamerada saxlanılırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031