ABŞ və Suriya prezidentlərinin görüşü keçirilib

11-11-2025, 09:12 6 dəfə baxılıb

 

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Suriya Prezidenti Əhməd Əl-Şara arasında qapalı görüş keçirilir.

“Azerinews.az" ın məlumatına görə, bu, Suriyanın 1946-cı ildə müstəqillik qazanmasından bəri liderinin Vaşinqtona ilk rəsmi səfəridir.

İki prezidentin Suriyanın böyük bir hissəsinə hələ də nəzarət edən kürd fraksiyalarının inteqrasiyası da daxil olmaqla bir neçə məsələni müzakirə edəcəyi gözlənilir. Əl-Şara, həmçinin Trampdan Suriyaya qarşı sanksiyaları aradan qaldırmasını istəyəcək. ABŞ Prezidenti isə Suriyanı Abraham sazişini imzalayan ölkələr qrupuna əlavə etməyi hədəfləyir.

Görüş zamanı Suriyanın İŞİD-ə qarşı vuruşan ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya rəsmi olaraq qoşulmasının müzakirə ediləcəyi gözlənilir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüş keçirib. Danışıqlardan sonra Əl Şaraa artıq Ağ Evi tərk edib.

Görüşün detalları açıqlanmayıb, müzakirələr mətbuat nümayəndələrinin iştirakı olmadan, qapalı formatda baş tutub.

Qeyd edək ki, bundan öncə ABŞ Maliyyə Nazirliyi Dəməşqə qarşı tətbiq edilən sanksiyaların və ixrac nəzarəti məhdudiyyətlərinin qismən yumşaldıldığını bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031