Azərbaycan vətəndaşları da daxil olmaqla 31 əcnəbi Gürcüstandan çıxarılıb

11-11-2025, 12:11 16 dəfə baxılıb

 

Son günlər ərzində Gürcüstanda 31 əcnəbinin ölkədə qanuni əsas olmadan yaşadığı müəyyən edilib.

"Azerinews.az"  APA- ya istinadən  xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Hindistan, Türkiyə, Kuba, Misir, Çin, Pakistan, Rusiya, Konqo, Azərbaycan, Türkmənistan, Nigeriya, Tailand, Küveyt, İsrail və Qana vətəndaşları olan həmin şəxslər Gürcüstandan çıxarılıb. Yerli qanunvericiliyə uyğun olaraq, onların Gürcüstana girişi qadağan edilib.

Qeyd olunub ki, bu il Gürcüstandan artıq mindən çox əcnəbi deportasiya edilib ki, bu da son üç ildə ölkədən qovulmuş şəxslərin ümumi sayını xeyli üstələyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031