Trampın oğlu Ermənistana səfərini ləğv edib

12-11-2025, 11:58 4 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Ermənistana planlaşdırdığı səfərini ləğv edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Ermənistanda həbsdə olan iş adamı Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın məşhur amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədən sonra, Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə hücumu barədə xəbərlər ABŞ-nin mühafizəkar dairələrində səs-küyə səbəb olub”, - nəşr öz mənbələrinə istinadən yazıb.

Belə ki, “Tashir Capital” şirkətinin baş direktoru N.Karapetyan müsahibəsi zamanı Ermənistan rəhbərliyinin kilsəyə qarşı hücumları barədə danışıb.

“Hraparak”ın yazdığına görə, kiçik Tramp məhz bu məlumatlardan sonra Ermənistan rəhbərliyi ilə görüşməkdən və ümumilikdə səfərdən imtina edib. 

Xatırladaq ki, kiçik Donald Trampın Ermənistana səfəri noyabrın 12-sinə planlaşdırılmışdı. Səfərin əsas məqsədinin biznes maraqları və hakimiyyət dairələrinin müxtəlif nümayəndələri ilə görüşlər olduğu bildirilirdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930