İsveçrə müharibə edən ölkələrə silah tədarükünü təsdiqlədi

12-11-2025, 12:23 12 dəfə baxılıb

İsveçrə parlamentinin aşağı palatasının təhlükəsizlik siyasəti komissiyası müharibə edən ölkələrə silah tədarükü haqqında qanunun yumşaldılmasını təsdiqləyib.

"Azerinews.az" xəbər verir ki, bu barədə məlumat İsveçrə Milli Şurasının saytında yerləşdirilib.

Bildirilib ki, lehinə 16, əleyhinə 9 səslə qəbul edilən qərara əsasən, İsveçrə ixrac rejimi onun öz ixrac rejiminə analoji olan dövlətlərə, hətta silahlı münaqişədə iştirak edən dövlətlərə hərbi texnika tədarük edə bilər.

Bundan başqa, komissiya ölkə hökumətinin hərbi texnikanın ixracı zamanı müstəsna hallarda ona mövcud meyarlardan geri çəkilmək səlahiyyətinin verilməsi təklifini təsdiqləyib.

Parlament komissiyası silahların yenidən ixracına qoyulan qadağadan da imtina etməyə çağırıb.

Sentyabrın 30-da İsveçrə müdafiə nazirinin müavini Markus Meder bildirmişdi ki, ölkə parlamenti hərbi münaqişədə olan ölkələrə, o cümlədən Ukraynaya silah tədarükünə imkan verməyən məhdudiyyətləri yenidən nəzərdən keçirə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031