Ermənistanda tanınmış podkastın müxalif aparıcıları saxlanıldılar

13-11-2025, 11:33 8 dəfə baxılıb

 

Ermənistanın tanınmış "İmnemnimi" podkastının müxalif aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanın evlərində axtarış aparılıb və saxlanılıblar.

"Azerinews.az" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə saxlanılan şəxslərin vəkili Ruben Melikyan sosial şəbəkə hesabında məlumat verib.

Vəkil deyib ki, onun özü də axtarış zamanı Samsonyanın evinə buraxılmayıb.

Melikyanın sözlərinə görə, tanınmış aparıcılar "yalan məlumat yaymaq", "xuliqanlıq" kimi maddələrlə təqsirli bilinirlər.

Ermənistan İstintaq Komitəsindən yerli mətbuata bildirilib ki, tanınmış müxalifətçilərin evlərində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Sosial şəbəkələrdə Samsonyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasının görüntülərini əks etdirən video yayılıb.

Saqatelyana gəlincə, onun özü sosial şəbəkədə yazıb ki, evinə maskalı hüquq-mühafizə orqanları əməkdaşları daxil olublar.

Xəbərdə bildirilir ki, ötən həftə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Samsonyan və Saqatelyanın podkastının qonağı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031