Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub

13-11-2025, 23:21 8 dəfə baxılıb

 

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub.

"Azerinews.az"  bildirir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.

Məlumata görə, texniki xidmətin göstərilməsi məqsədilə Xorvatiyaya göndərilən iki ədəd yanğınsöndürmə təyyarəsindən biri olan AT802 tipli təyyarə Serj şəhəri yaxınlığında qəzaya uğrayıb.

Bildirilir ki, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Xatırladaq ki noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031