Almaniyada hərbi xidmətə çağırış püşkatma yolu ilə aparılacaq

13-11-2025, 23:25 6 dəfə baxılıb

 

Almaniyada hərbi xidmətə çağırış püşkatma yolu ilə həyata keçiriləcək.

"Azerinews.az" "Bild" nəşrinə istinadən xəbər verir ki, Sosial Demokrat Partiyası və Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokunun koalisiyası hərbi xidmətin yeni modeli ilə bağlı qanun layihəsi üzrə kompromis əldə edib.

Hakimiyyət yaşı 18-dən yuxarı olan bütün kişilərin tibbi müayinədən keçməsini tələb etməyi planlaşdırıb.

Orduya qəbul qaydaları könüllü olacaq. Bununla belə, Bundesverin gücünü artırmaq üçün kifayət qədər yeni çağırışçı olmasa, orduya aparılanlar püşkatma yolu ilə seçiləcəklər. Püşkatmada tibbi müayinədən keçən bütün kişilər iştirak edəcəklər.

Xidmət müddəti üç ay əsas təhsil də daxil olmaqla altı ay müddətində nəzərdə tutulub. Sözügedən Avropa ölkəsində məcburi hərbi çağırış 2011-ci ildə ləğv edilib, peşəkar orduya keçid reallaşıb.

Almaniya Müdafiə Nazirliyi 2035-ci ilə qədər Bundesverin sayını 183 mindən 260 minə çatdırmağı hədəfləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031