Nəsli kəsilən heyvanın buynuzunu Bakıya gətirmək istədi - Saxlanıldı

15-11-2025, 08:04 5 dəfə baxılıb

 

Tolmaçevo hava limanının gömrükçüləri Novosibirskdən Bakıya uçan sərnişinin baqajında 2,6 kq-dan çox çəkiyə malik maral buynuzu aşkar ediblər.

“Azerinews.az” xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs təsadüfi gömrük yoxlaması üçün “yaşıl” dəhlizdə saxlanılıb.

Sonradan aparılan ekspertiza təsdiq edib ki, bunlar nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyaya (CITES-ə) daxil olan qırmızı maralın buynuzlarıdır.

Sərnişin izah edib ki, buynuzları Altay dağlarında istirahət edərkən hədiyyə alıb. O, baytarlıq sertifikatının və icazələrin olması, eləcə də belə malların məcburi bəyan edilməsindən xəbərsiz olduğunu bildirib.

Məsələ ilə bağlı Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 16.3 (qadağa və məhdudiyyətlərə əməl etməmə) 16.2.1-ci maddələri ilə (malların bəyan edilməməsi) ilə iş açılıb.

Qanunu pozan şəxsi cərimə və malların müsadirəsi gözləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930