Bu ölkə də Rusiya səfirini çağırdı

18-11-2025, 01:04 6 dəfə baxılıb

 


Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Monteneqronun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyi rusiyalı diplomatın parlamentin ölkə silahlı qüvvələrinin NATO-nun Ukrayna üzrə Təhlükəsizliyə Yardım və Təlim Birliyinə (NSATU) daxil edilməsi barədə qərarını qiymətləndirməsini və prezident Yakov Milatoviçin Fransanın “La Croix” qəzetinə müsahibəsinə verdiyi şərhi qeyd edib.

“Son vaxtlar yersiz bəyanatlar Monteneqronun daxili işlərinə açıq və qəbuledilməz müdaxilənin bariz nümunəsidir. Monteneqro heç kimə öz institutlarının ləyaqətini alçaltmağa imkan verməyəcək”, - bəyanatda deyilir.

Xatırladaq ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, görüş zamanı noyabrın 14-ü təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İskəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031