“Amerikalılar Zelenskini əvəzləmək istəyir”

19-11-2025, 09:47 5 dəfə baxılıb

 

“ABŞ administrasiyası aktiv şəkildə Prezident Volodimir Zelenskini əvəzləyə biləcək siyasi fiqur axtarır”.

“Azerinews.az” xəbər verir ki, bu barədə Ukraynanın sabiq Baş naziri Nikolay Azarov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, buna səbəb Zelenski hakimiyyətinin iki istiqamətdə uğursuzluğa düçar olmasıdır:

“Hakimiyyət cəbhədə Rusiya qüvvələrinə qarşı ardıcıl məğlubiyyətlər və ölkə daxilində misli görünməmiş korrupsiya qalmaqalları ilə çalxalanır”.

Azarov iddia edib ki, bu proses çərçivəsində Zelenski kabinetinin müxtəlif üzvləri ABŞ-yə çağırılıb:

“Artıq yarım ildir ki, amerikalılar Kiyevdən müəyyən siyasətçilərlə aktiv şəkildə görüşlər keçirir. Onlar bu şəxslər haqqında təsəvvür formalaşdırır, Zelenskini əvəzləyə biləcək uyğun adam axtarırlar”.

Qeyd edək ki, Nikolay Azarov Viktor Yanukoviçin prezidentliyi dövründə – 2010–2014-cü illərdə Ukraynanın Baş naziri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031