Çilidə hava şəraitinin pisləşməsi beş turistin ölümünə səbəb olub

19-11-2025, 09:50 10 dəfə baxılıb

 

Çilinin məşhur Torres-del Peyne Milli Parkında hava şəraitinin kəskin pisləşməsi səbəbindən beş turist həlak olub.

"Azerinews.az" xəbər verir ki, bu barədə ölkə prezidentinin Maqalyanes bölgəsindəki nümayəndəliyinin ofisindən məlumat verilib.

Məlumata görə, itkin düşmüş kimi qeydiyyata alınan yeddi nəfərdən dördünün sağ olduğu müəyyən edilib. Üç nəfərin isə öldüyü təsdiqlənib. Onların arasında Almaniya və Böyük Britaniya vətəndaşları var. Həlak olan daha iki nəfər Meksikadan gələn turistlər olub.

Faciə turistlər arasında ən populyar olan parkın daha çətin sayılan dairəvi marşrut hissəsində baş verib. Ərazidə bir gün əvvəl qar yağdığı və güclü külək əsdiyi qeyd olunur.

Hadisədən sonra təhlükəsizlik məqsədilə parkın bir hissəsi ziyarətçilər üçün bağlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031