Süni intellektlə bağlı YENİLİK: Gələcəkdən xəbər verməyi öyrənəcək

19-11-2025, 09:52 6 dəfə baxılıb

 

Süni intellekt (AI) modelləri tezliklə gələcəyi proqnozlaşdırmağı öyrənəcəklər.

"Azerinews.az" bildirir ki, bu barədə "Axios" nəşri məlumat verib.

"Dünya modelləri videolara baxmaqla və ya mövcud simulyasiyaları və digər məkan məlumatlarını nəzərdən keçirməklə, obyektlərin, səhnələrin və fiziki dinamikanın daxili təsvirlərini yaratmaqla təkmilləşirlər", - deyə materialda bildirilib.

Bu cür modellərin dil modellərindən əsas fərqi onların fiziki dünyada baş verən hadisələrin nəticələrini proqnozlaşdırmaq qabiliyyətidir. AI əşyaların hərəkətini, onların məkanda necə qarşılıqlı əlaqədə olduğunu və zamanla onlarla nə baş verdiyini təhlil etməyə qadirdir.

Hazırda keyfiyyətli şəkildə işləyə biləcək belə bir modelin yaradılması üçün əsas problem məlumatların çatışmazlığıdır. Bu, onunla bağlıdır ki, belə proqramlar böyük həcmdə mətnləri, video və audio materialları öyrənməli və təhlil etməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031