Polşa Rusiyanın sonuncu baş konsulluğunu bağladı

19-11-2025, 15:30 10 dəfə baxılıb

 

Polşanın xarici işlər naziri Radoslav Sikorski elan edib ki, hazırda Rusiyanın Polşanın Qdansk şəhərində fəaliyyət göstərən sonuncu baş konsulluğunu bağlamaq qərarına gəlib.

"Azerinews.az"  xəbər verir ki, o, bunu Seymdə (Polşa parlamentinin aşağı palatası) çıxışı zamanı bəyan edib.

"Mən Rusiya Federasiyasının Qdanskdakı baş konsulluğunun fəaliyyəti üçün icazəni geri çəkmək qərarına gəldim", - deyə o bildirib.

Nazirin çıxışı "TVP Info" telekanalı ilə yayımlanıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində bildirib ki, Rusiya Qdanskdakı baş konsulluğunun bağlanmasına cavab olaraq, Polşanın RF-dəki diplomatik-konsulluq iştirakını məhdudlaşdıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031