Aİ kömür enerjisinin 80 %-ni atom elektrik stansiyaları və külək enerjisi ilə əvəz etmək niyyətindədir

7-02-2024, 02:33 13 dəfə baxılıb

Avropa Komissiyası Aİ-yə 2040-cı ilə qədər istixana qazı emissiyalarını 90 % azaltmağı tövsiyə edib. Bunun o cümlədən bərpa olunan enerji mənbələrinin və nüvə enerjisi texnologiyalarının geniş tətbiqi yolu ilə həyata keçirilməsi gözlənilir.

“Azerinews.az” “Reuters”ə istinadən xəbər verir ki, 2040-cı il üçün yeni hədəf Avropanın enerji balansını dəyişəcək.

Kömür enerjisi mərhələli şəkildə istismardan çıxarılacaq və ümumi mədən yanacağı istifadəsi 80 % azalacaq. Onu günəş, külək və atom elektrik stansiyaları əvəz edəcək.

Avropa Komissiyası həmçinin 2050-ci ilə qədər yüz milyonlarla ton CO2 emissiyasının tutulması və saxlanması planlarını əks etdirən sənəd dərc edib.

Ümumi hədəf Aİ-nin rəsmi iqlim məsləhətçiləri tərəfindən tövsiyə edilən diapazonda olsa da, Aİ icra hakimiyyəti kənd təsərrüfatı ilə bağlı bəzi tövsiyələri yumşaldıb. Bundan əvvəl “yaşıl” təşəbbüslərdən narazı olan fermerlərin bir neçə etirazları baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930