Tramp nadir hədiyyəni Ronaldoya da verdi - Fotolar

19-11-2025, 23:25 4 dəfə baxılıb

 

Məlum olduğu kimi, Portuqaliya yığması və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının ulduzu Kriştianu Ronaldo və xanımı Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

"Azerinews.az” xəbər verir ki, ulduz futbolçu ABŞ lideri ilə görüşündən fotolar paylaşıb.

“Cənab Prezident, dəvətə və Siz və birinci xanımınız mənə və gələcək həyat yoldaşıma göstərdiyiniz səmimi qəbula görə təşəkkür edirəm. Hər birimizin təklif edəcəyi mənalı bir şey var və mən yeni nəsilləri cəsarət, məsuliyyət və davamlı sülh ilə müəyyən edilmiş gələcək qurmaq üçün ruhlandırmaqda üzərimə düşəni etməyə hazıram”, - Ronaldo qeyd edib.

Fotolarda Trampın ulduz futbolçuya Ağ Evin simvolik açarını verdiyi əks olunub.

Qeyd edək ki, ABŞ Prezidenti avqustda Vaşinqtonda səfərdə olan Azərbaycan lideri İlham Əliyevə də eyni hədiyyəni təqdim etmişdi. Tramp dəfələrlə onu nadir və qiymətli hədiyyə adlandırıb. 


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930