Uelsdə muzeydən tunc dövrünə aid unikal qızıl-zinət əşyaları oğurlanıb

21-11-2025, 09:19 11 dəfə baxılıb

 

Uelsin Kardiff şəhərindəki Müqəddəs Faqan Milli Tarix Muzeyindən tunc dövrünə aid nadir qızıl zinət əşyaları oğurlanıb.

"Azerinews.az" "Telegraph" nəşrinə istinadən xəbər verir ki, qiymətli əşyalar muzeyin vitrinlərindən götürülüb.

Məlumata görə, itən zinət əşyaları arasında dörd böyük bilərzik və tunc dövründə boyunbağı kimi istifadə olunan aypara şəkilli unikal zərgərlik məmulatı da var.

Hadisədə şübhəli bilinən 45 yaşlı qadın saxlanılıb və daha sonra zaminə buraxılıb. Oğurluqda iştirak etdiyi ehtimal olunan digər şəxslərin axtarışları isə davam etdirilir.

Muzeydə təhlükəsizlik tədbirləri gücləndirilib. İşçilər oğurlanan zinət əşyalarının unikal və əvəzolunmaz olduğunu, muzeyə dəymiş ziyanın isə çox böyük olduğunu bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031