Zelenski xalqa müraciət etdi: "Ukrayna çox çətin seçim qarşısındadır"

21-11-2025, 20:41 8 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin sülh planı ilə əlaqədar bütün ukraynalılara müraciət edib.

"Azerinews.az"  bu barədə "RBK-Ukrayna" agentiyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, hazırda ölkə çox çətin seçim qarşısında ola bilər: "Hazırda tariximizin ən ağır məqamlarından biridir. Ukrayna üzərindəki təzyiq ən ağırlardan biridir. Ukrayna çox çətin seçim qarşısında ola bilər: ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski".

Zelenski seçim barədə danışaraq vurğulayıb ki, onlar arasında ya çətin 28 bənd, ya son dərəcə ağır qış, ən ağır və sonrakı risklər yer alır.

O, bu suala cavabını artıq 20 may 2019-cu ildə Ukraynaya sədaqət andı içəndə, ölkənin suverenliyini və müstəqilliyini qorumağı, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etməyi öhdəsinə götürdüyü zaman verdiyini bildirib.

Ukrayna lideri ABŞ ilə həll yolları axtaracağını elan edib və qeyd edib ki, alternativlər təklif edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031