Ukrayna ilə bağlı Cenevrədə görüşəcəklər ukrayna-ile-bagli-cenevrede-gorusecekler

22-11-2025, 19:23 9 dəfə baxılıb

 

Vaşinqtonun hazırladığı Ukrayna üzrə sülh planı bu həftəsonu Cenevrədə keçiriləcək yüksək səviyyəli görüşdə müzakirə olunacaq.

“Azerinews.az” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ və Ukrayna rəsmiləri ilə yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı ölkələrinin – Almaniya, Fransa, İtaliya və digər tərəfdaşların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Avropa İttifaqının bir sıra liderləri Vaşinqtonun təqdim etdiyi planın bəzi bəndləri ilə razılaşmadıqlarını bildirərək sənədin yenidən işlənməsini tələb etmişdilər. Yohannesburqdakı görüşdən sonra yayılan birgə bəyanatda Aİ, Kanada və Yaponiya rəsmiləri xüsusilə Ukrayna Silahlı Qüvvələrinin mümkün ixtisarları ilə bağlı narahatlıq ifadə etmişdilər.

Qeyd edilib ki, ABŞ-nin təklif etdiyi yeni çərçivə Ukraynanın müdafiə imkanlarına təsir göstərən müddəalar daşıya bilər və buna görə də planın yenidən dəyərləndirilməsi vacibdir. Bazar günü baş tutacaq Cenevrə görüşündə tərəflərin mövqelərinin nə dərəcədə yaxınlaşacağı diqqət mərkəzində olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930