KİV: Vaşinqton və Kiyev Trampın sülh planının əksər bəndləri üzrə razılığa gəliblər

24-11-2025, 13:00 6 dəfə baxılıb

 

ABŞ və Ukrayna nümayəndə heyətləri noyabrın 23-də Cenevrədə keçirilmiş görüşdə Vaşinqtonun təklif etdiyi 28 bənddən ibarət sülh planının böyük hissəsini razılaşdırıblar.

"Azerinews.az"  xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin sayı və əsirlərin mübadiləsi formatı ilə bağlı bəndlər, habelə Zaporojye atom elektrik stansiyası ilə bağlı bəndlər razılaşdırılıb. Bununla belə, nəşr bəndlərin yeni formullarını təqdim etməyib.

Bir neçə bənd, o cümlədən Ukraynanın ərazilərinin bir hissəsindən və NATO-ya qoşulmaqdan imtina etməsi və bunun Ukrayna Konstitusiyasında təsbit olunması ilə bağlı bəndlər ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında müzakirə üçün saxlanılıb. Planın qalan bəndlərinin razılaşdırılması üçün Tramp və Zelenski arasında görüşün tarixi müəyyən edilməyib, lakin ilkin olaraq bu və ya növbəti həftəyə planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930