Udo Kir vəfat edib

24-11-2025, 14:50 6 dəfə baxılıb

 

Almanmənşəli aktyor Udo Kir 82 yaşında vəfat edib.

"Azerinews.az"  xəbər verir ki, bu barədə "Variety" nəşri yazıb.

Onun ölümünün səbəbi açıqlanmayıb.

Udo Kir (əsl adı Udo Kirşpe) Kölndə anadan olub, 18 yaşında Londona, daha sonra Amerika Birləşmiş Ştatlarına köçüb.

Kirin özü etiraf edib ki, bu sənəti populyarlıq qazanmaq üçün seçib.

Aktyor 200-dən çox filmdə çəkilib, lakin ona ən böyük şöhrəti Endi Uorholla birgə çalışdığı ilk işləri gətirib. O, Uorhollun prodüserliyi ilə Pol Morrisi tərəfindən çəkilmiş "Frankenşteyn üçün bədən" (1973) və "Drakula üçün qan" (1974) filmlərində baş rolları ifa edib. Bu filmlər Hollivud monstrlarının klassik obrazlarının yeni versiyaları olub.

Bu işlər sayəsində məşhurlaşan aktyor 20 il ərzində Avropada fəal şəkildə filmlərə çəkilib. O, dünyaşöhrətli Rayner Verner Fasbinderin "Stansiya rəisinin arvadı", "Üçüncü nəsil" və "Lili Marlen" filmlərində rollar alıb.

Aktyor, həmçinin "Mənim şəxsi Aydaho ştatım", "Epidemiya" , "Avropa", "Dalğaları yararkən", "Qaranlıqda rəqs", "Doqvill", "Melanxoliya" və "Nimfomanka. II hissə", "Eys Ventura: Ev heyvanlarının axtarışı", "Armageddon" və "Bleyd" kimi filmlərdə çəkilib.

Kleber Mendonsa Filyunun "Gizli agent" filmindəki rolu aktyorun son böyük işlərindən biri olub.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930