Azərbaycan XİN-dən COP31-lə bağlı təbrik

24-11-2025, 14:55 7 dəfə baxılıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) ev sahibi, Avstraliyanı isə Danışıqların Prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım olunub.

“Biz qardaş Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) ev sahibi, Avstraliyanı isə Danışıqların Prezidenti seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik. COP29-un Prezidenti olaraq, Azərbaycan bu vacib missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün səylərini əsirgəməyəcək. Biz hər iki ölkəyə uğurlar arzu edirik və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcək”, - paylaşımda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930