Atambayevin oğlu saxlanıldı - Foto

24-11-2025, 14:57 7 dəfə baxılıb

 

Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin oğlu Kadırbek Atambayev kütləvi iğtişaşların təşkili ittihamı ilə saxlanılıb.

“Azerinews.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Kadırbek Atambayev, Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Damir Musakeev, “Sosial-Demokratlar” partiyasının lideri Temirlan Sultanbekov, Qırğızıstan parlamentinin keçmiş deputatları Şaylobek Atazov və Kubanıçbek Kadırov saxlanılıblar. Saxlanılanlar respublikada keçiriləcək parlament seçkilərinin nəticələri elan edildikdən sonra kütləvi narazılıq görüntüsü altında silsilə mitinqlər təşkil etməyi planlaşdırıblar”, - DİN-in məlumatında deyilir.

Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının silah, döyüş sursatları, qumbaralar, rabitə vasitələri, maliyyə sənədləri, fəaliyyət planları, narkotik vasitələr, həmçinin 150 min dollar məbləğində pul aşkarlayıb götürdüyü qeyd edilib. 

Qeyd edək ki, Qırğızıstanda növbədənkənar parlament seçkiləri bu ilin 30 noyabr tarixində keçiriləcək. İlkin olaraq seçkilərin 2026-cı ilin noyabrında keçirilməsi planlaşdırılsa da, deputatlar 25 sentyabr tarixində könüllü olaraq səlahiyyətlərindən imtina ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930