ABŞ Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb abs-ukraynadaki-muharibenin-maliyyelesdirilmesini-dayandirib

25-11-2025, 11:31 6 dəfə baxılıb

 

ABŞ Prezident Donald Trampın qərarından sonra Ukraynadakı münaqişənin maliyyələşdirilməsini dayandırıb.

“Azerinews.az” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib.

“Prezident Tramp bu müharibənin maliyyələşdirilməsini dayandırıb, lakin ABŞ NATO-ya külli miqdarda silah satmağa davam edir. Biz bunu əbədi olaraq edə bilmərik. Prezident bu müharibənin bitməsini istəyir”, - deyə mətbuat katibi bildirib.

Livitt Trampın milli təhlükəsizlik qrupu ilə Ukrayna nümayəndə heyəti arasında, xüsusən də Dövlət katibi Marko Rubio ilə xüsusi elçi Stiv Uitkoff arasında Cenevrədə keçirilən “çox məhsuldar danışıqlardan” danışıb.

O qeyd edib ki, onlar 28 bəndlik sülh planını “dərin şəkildə” inkişaf etdirə biliblər və “yalnız bir neçə fikir ayrılığı qalıb”.

Livitt Trampın “razılaşma ehtimalına ümidli və nikbin” olduğunu deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031