BMT Quterreşin xələfini axtarır

26-11-2025, 14:43 6 dəfə baxılıb

 

BMT qurumun növbəti baş katibi vəzifəsinə namizədlərin rəsmi axtarışı proseduruna start verib.

"Azerinews.az"  xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" BMT Baş Assambleyasının sədri Annalena Berboka istinadla yayıb.

Bildirilir ki, bu məqsədlə üzv dövlətlərə öz namizədlərini təqdim etmək təklifi ünvanlanıb.

"Bizim seçimimiz BMT olaraq kimliyimiz və dünyadakı bütün insanlara həqiqətən xidmət edib-etmədiyimiz barədə güclü mesaj olmalıdır", - deyə Berbok bildirib.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sədrləri tərəfindən imzalanmış məktubda dövlətlər 2026-cı ildə ikinci müddəti başa çatdıqdan sonra baş katib Antonio Quterreşi əvəz edə biləcək namizədlərini irəli sürməyə dəvət edilirlər. Sənəd müəllifləri qadın namizədlərin irəli sürülməsini diqqət mərkəzində saxlamağı tövsiyə edir, seçimdə regional müxtəlifliyin vacibliyini vurğulayırlar. BAEA-nın direktoru Rafael Qrossi, Çilinin sabiq prezidenti Mişel Baçelet və Kosta-Rikanın sabiq vitse-prezidenti Rebeka Qrinspan potensial namizədlər arasındadırlar.

Daha əvvəl məlumat verilib ki, "Böyük iyirmilik" ölkələri BMT Təhlükəsizlik Şurasının yenidən təşkil edilməsini dəstəkləyirlər. Onlar TŞ-nin tərkibinə Afrika, Asiya-Sakit okean regionu və Latın Amerikası ölkələrinin daxil edilməsini təklif ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930