Ukrayna ilin sonunadək yeni silahlar əldə edəcək: NATO baş katibindən açıqlama

26-11-2025, 14:48 5 dəfə baxılıb

 

Ukrayna ilin sonuna qədər ABŞ silahlarının alınması proqramı çərçivəsində təxminən beş milyard dollar dəyərində silah əldə edəcək.

"Azerinews.az" ın  xəbərinə görə, bunu NATO-nun baş katibi Mark Rütte İspaniyanın "El Pais" qəzetinə verdiyi müsahibəsində açıqlayıb.

Mark Rütte qeyd edib ki, Ukrayna aylıq təxminən bir milyard dollar dəyərində silah alır və bu məbləğ 2025-ci ilin sonuna qədər beş milyard dollara qədər artacaq.

Daha əvvəllər isə İspaniyanın Ukraynaya 817 milyon avro yardım ayıracağı bildirilirdi.

Həmçinin Danimarka Ukraynaya ümumi məbləği 220 milyon dollar olan 28-ci hərbi yardım paketini ayıracaq.

ABŞ və NATO-nun yaratdığı "Prioritized Ukraine Requirements List" proqramı Vaşinqtonun Kiyevə birbaşa hərbi yardımını deyil, ölkənin silahlarının Ukrayna üçün Avropa İttifaqına üzv dövlətlər tərəfindən alınmasını nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930