Çində dəmir yolu xəttində qəza: 11 nəfər ölüb

27-11-2025, 09:51 5 dəfə baxılıb

 

Cənubi Çinin Kunmin əyalətində seysmik avadanlığı sınaqdan keçirən qatar dəmir yolunun döngəsindən keçərkən orada çalışan bir qrup işçini vurub. Nəticədə 11 nəfər ölüb, iki nəfər xəsarət alıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə məlumatı Kunmin Dəmiryol İdarəsi yayıb.

Bildirilir ki, hadisə səhər saatlarında Loyançjen stansiyasına gedən dəmir yolunda baş verib.

Yaralılar xəstəxanaya çatdırılıblar, stansiyada nəqliyyatın hərəkəti bərpa olunub.

Müstəntiqlər faciənin təfərrüatı araşdırırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031