Cəbhədə cərəyan edən hadisələri də nəzərə alsaq, Ukrayna bu sülh müqaviləsinə razılaşacaq

27-11-2025, 14:08 8 dəfə baxılıb

 

“Hesab edirəm ki, Ukrayna ABŞ-nin təklif etdiyi sülh müqaviləsi ilə razılaşacaq”.

“Azerinews.az” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı bildirib.

“Bir daha vurğulayıram: biz sizin (Rusiyanın - red.) Ukrayna ilə sülh müqaviləsi üzrə səylərinizi dəstəkləyirik. Mən dünən dedim: əgər amerikalılar özlərini diplomatlar və əsl hüquqşünaslar kimi aparsalar, bu müqavilə razılaşdırılacaq. Çünki əsas məqamlar artıq razılaşdırılıb. Top indi Ukrayna tərəfindədir. Düşünürəm ki, cəbhədə cərəyan edən hadisələri də nəzərə alsaq, Ukrayna bu sülh müqaviləsinə razılaşacaq. Əks halda, ölkə tamamilə itiriləcək”, - Belarus lideri qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031