Honkonqda baş verən yanğında ölənlərin sayı 128 nəfərə çatıb

28-11-2025, 12:02 5 dəfə baxılıb

 

Honkonqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Honkonqda yaşayış kompleksində 90-dan çox insanın ölümünə səbəb olan dəhşətli yanğın tamamilə söndürülüb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

"Yanğın söndürülüb, xilasetmə əməliyyatları davam etdirilir və bütün mənzillərə baxış keçirilir", - deyə məlumatda bildirilib.

Son məlumatlara görə, yanğın zamanı azı 94 nəfər həlak olub.

Xatırladaq ki, noyabrın 26-da təxminən 4 min sakinin yaşadığı Honkonqun Tai Po rayonundakı yaşayış kompleksində bir neçə çoxmərtəbəli binada yanğın baş verib. Bu, son 17 ildə ən güclü yanğın kimi qəbul edilib. Yanğına ən yüksək təhlükə səviyyəsi təyin edilib. Yanğınsöndürənlər sakinlərin əksəriyyətini təxliyə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930