Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşüblər

28-11-2025, 19:47 6 dəfə baxılıb

 

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşləri zamanı əldə edilən razılaşmaların bir hissəsi olaraq, iki ölkənin müvafiq nazirliklərinin nümayəndələri 28 noyabr 2025-ci il tarixində Türkiyə ilə Ermənistan arasındakı Akyaka-Ahurik sərhəd keçid məntəqəsində və Ermənistanın Gümrü şəhərində görüşüblər.

"Azerinews.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Qars-Gümrü dəmir yolunda daşımaların bərpası və bu istiqamətdəki texniki məsələlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930