Yermak istefa verdi

28-11-2025, 19:56 9 dəfə baxılıb

 

Ukrayna Prezident Administrasiyasının (PA) rəhbəri Andrey Yermak istefa verib.

“Azerinews.az"  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yayımlanan videomüraciətində bildirib.

Ukrayna lideri Yermakın danışıqlarda Ukraynanın mövqeyini “hər zaman düzgün və vətənpərvər şəkildə” təmsil etdiyini vurğulayıb:

“Mən Andreyə minnətdaram ki, danışıqlar prosesində Ukraynanın mövqeyini hər zaman tələb olunduğu kimi təqdim edib. İstəyirəm ki, bu məsələ ətrafında şayiələr və manipulyasiyalar yaranmasın”.

Zelenski həmçinin Prezident Administrasiyasının tam yenilənəcəyini açıqlayıb. Onun sözlərinə görə, PA rəhbərliyinə namizədlərlə məsləhətləşmələr 29 noyabr tarixində keçiriləcək.

Qeyd edək ki, 28 noyabr tarixində Andrey Yermakın evində Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (SAP) tərəfindən axtarış aparılmışdı. Yermak daha sonra bu məlumatı təsdiqləmişdi.

Xatırladaq ki, O, 2020-ci ilin fevralından sözügedən vəzifədə çalışırdı.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031