Mayamidə ABŞ-Ukrayna danışıqları baş tutub

1-12-2025, 09:30 5 dəfə baxılıb

Ukrayna və ABŞ arasında danışıqlar Florida ştatının Mayami şəhərində baş tutub.

"Azerinews.az"  CNN-ə istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov görüşü məhsuldar və uğurlu adlandırıb.

"Ukrayna üçün vacib olan bütün məsələləri müzakirə etdik. ABŞ bizə böyük dəstək verdi", - deyə o bildirib.

Floridada Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, dövlət katibi Marko Rubio və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə görüşüb. Danışıqların əsas mövzusu ABŞ-nin sülh planı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031