Nigeriyada 88,4 milyon insan ifrat yoxsulluq həddində yaşayır

8-02-2024, 13:22 2 dəfə baxılıb

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 88,4 milyon insan ifrat yoxsulluq içində yaşayır.

“Azerinews.az” xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin katibi Temitope Fadeşemi ölkədəki yoxsulluq səviyyəsinin həyəcanverici olduğunu vurğulayıb.

Fadeşemi, 2022-ci ilə qədər dünya əhalisinin ifrat artıq yoxsulluq içində olan dünya əhalisinin 12,9 faizinin Nigeriyada yaşadığını qeyd edib.

Hakimiyyətin ölkədə yoxsulluqla mübarizədə mühüm addımlar atdığını deyən Fadeşemi hökumətin fermerlərlə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar təşkil etdiyini bildirib.

Afrika qitəsinin zəngin neft və təbii qaz ehtiyatlarına malik olan Nigeriyada gəlir bərabərsizliyi, “Boko haram və digər silahlı dəstə üzvlərinin hücumları kimi problemlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

İqtisadi böhran və təhlükəsizlik problemləri səbəbilə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya getməyə çalışırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930