Netanyahunu Ağ Evə dəvət etdi

1-12-2025, 08:30 3 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu yaxın vaxtlarda Vaşinqtonda görüş keçirməyə dəvət edib.

“Azerinews.az" xəbər verir ki, bu barədə İsrail baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Netanyahu bu yaxınlarda Trampla telefon danışığı aparıb. ABŞ prezidenti baş naziri yaxın gələcəkdə Ağ Evdə keçiriləcək görüşə dəvət edib”, - bəyanatda deyilir.

Qeyd olunur ki, danışıqlar zamanı liderlər HƏMAS hərəkatının tərksilah edilməsinin və Qəzzanın demilitarizasiyasının vacibliyini qeyd ediblər. Bundan əlavə, Tramp və Netanyahu region ölkələri ilə sülh müqavilələrinin genişləndirilməsi perspektivini müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031