Ərdoğandan tankerlərin vurulması ilə bağlı - Xəbərdarlıq

1-12-2025, 09:30 5 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tankerlərin Qara dənizdə hücuma məruz qalmasına münasibət bildirib.

“Azerinews.az” xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Bildirib ki, Rusiya və Ukrayna arasında müharibə Qara dənizdə naviqasiya təhlükəsizliyini təhdid edəcək səviyyəyə çatıb.

“Özəl iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir. Biz öz şəxsi zonamızda naviqasiya təhlükəsizliyini, həyatı və ətraf mühiti təhdid edən bu hücumları qəbul edə bilmərik. Bu kimi hallarla bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Müharibənin dayandırılmasına yönəlmiş son hadisələri də yaxından izləyirik və hər fürsətdə lazımi töhfə verməyə hazır olduğumuzu bildirmişik”,- deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, “Kairos” və VİRAT tankerləri noyabrın 29-da Qara dənizdə vurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031