Paşinyan bu ifadələrdən imtina etdi

2-12-2025, 13:08 7 dəfə baxılıb

 

Ermənistan Baş naziri Nikol Paşinyan opponentlərini tənqid edərkən artıq nalayiq ifadələrdən istifadə etməmək qərarına gəlib və partiya tərəfdaşlarını da buna çağırıb.

“Azerinews.az” xəbər verir ki, N.Paşinyan sosial şəbəkə hesablarında bununla bağlı hakim “Vətəndaş müqaviləsi” partiyası üçün etika məcəlləsinin qəbul edildiyini açıqlayıb.

O, yeni məcəllənin partiya üzvləri üçün yeni standartlar və davranış modelləri müəyyən etdiyini bildirib:

“Bundan sonra “Vətəndaş müqaviləsi” partiyasının üzvləri təhqirlərə və ya qeyri-etik leksikaya təhqirlə cavab verməməlidirlər. Bu, zəiflik əlaməti deyil, davranış kodeksinin ən yaxşı standartlarına sədaqətdir”.

Xatırladaq ki, Ermənistan Baş naziri bu ilin iyununda siyasi rəqiblərinə 1-5 iyul tarixləri arasında qarşılıqlı təhqirlərə son qoymağı və sosial şəbəkələrdə təhqiredici ifadələrdən istifadə etməməyi təklif etmişdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031