Saakaşvili Gürcüstanı Azərbaycanla bağlı - Tənqid etdi

2-12-2025, 15:32 7 dəfə baxılıb

 

Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili ölkənin indiki hakimiyyətini yalnız Qərb tərəfdaşları ilə deyil, Azərbaycan və Ermənistanla da münasibətləri pisləşdirməkdə ittiham edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib.   

Sabiq prezident Gürcüstanın Azərbaycan üçün problemlər yaratmağa başladığını bildirib: “Tbilisi artıq Azərbaycan üçün yüklərin daşınması ilə bağlı problem yaradıb. Azərbaycan mətbuatı haqlı olaraq bunda Rusiyanın təsirini görürlər. Ruslar Kiyevdəki Azərbaycan Səfirliyini bombalayır, burada isə marionetkaları vasitəsilə əlaqələrdə problem yaradırlar. Görünür ki, azərbaycanlı jurnalistlərin yazdıqları rəsmi Bakının haqlı hiddətini əks etdirir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031