Pakistan İrəvanda səfirlik açacaq

3-12-2025, 17:15 6 dəfə baxılıb

 

"Gələn il Ermənistanda Pakistan Səfirliyinin açılması planlaşdırılıb”.

“Azerinews.az” xəbər verir ki, bu barədə “NEWS.am” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda iki ölkənin diplomatik nümayəndələri bununla bağlı fəal iş aparırlar.

Ermənistan Xarici İşlər Nazirliyi isə agentliyin sorğusuna rəsmi cavabında məlumatı təkzib etməyib: “Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünikeni imzalamaqla iki ölkə hökumətləri diplomatik nümayəndəliklərin mübadiləsinə və bir-birinə zəruri yardım göstərməyə razılaşıblar. Bu kontekstdə ictimaiyyət hadisələrin gələcək inkişafı haqqında lazımi qaydada məlumatlandırılacaq”.

Xatırladaq ki, bu il avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommünike imzalayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031