Tehranda yeni metro stansiyası erməni icmasının şərəfinə adlandırıldı

3-12-2025, 20:13 10 dəfə baxılıb

 

Bir neçə gün əvvəl Tehranda "Müqəddəs Sarkis" erməni kilsəsinin yaxınlığında inşa edilən və xristian dini rəmzləri ilə bəzədilmiş yeni "Müqəddəs Məryəm" metro stansiyası rəsmi açılış mərasimi ilə istifadəyə verilib.

"Azerinews.az"  "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, açılış mərasimində Tehran şəhərinin meri Əlirza Zakani, İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədri, erməni millət vəkili Ara Şaverdyan və Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan iştirak ediblər.

Qeyd edək ki, stansiyanın adı ölkədəki erməni xristian icmasının şərəfinə seçilib. Yeni stansiyanın istifadəyə verilməsi erməni icmasına göstərilən xüsusi rəğbətin göstəricisi kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031