Qışın ilk maqnit qasırğası

3-12-2025, 20:22 10 dəfə baxılıb

 

Yer kürəsində dekabrın ilk maqnit qasırğasının ayın 3-də baş verəcəyi proqnozlaşdırılır.

"Azerinews.az" ın  xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

"Buna səbəb Yerə təsir edən eyni anda bir neçə amilin birləşməsindən qaynaqlanır: hazırda Günəş diskinin mərkəzi hissəsində müşahidə olunan növbəti koronal dəlik və dekabrın 1-də baş vermiş "X" səviyyəli partlayışdan sonra plazmanın atılması", - deyə məlumatda bildirilib.

"Proqnozlara görə, maqnit sahəsi dalğalanmaları orta "G2" səviyyəsindən çox olmamalıdır, baxmayaraq ki, onlar kifayət qədər uzun müddət davam edə bilər", - deyə alimlər vurğulayıblar.

Qeyd olunur ki, geomaqnit vəziyyətinin tam sabitləşməsi, ehtimal, yalnız həftəsonu baş verəcək, çünki Günəşdəki koronal dəlik əhəmiyyətli dərəcədə genişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930