Britaniya Ermənistana ilk dəfə hərbi attaşe təyin edib

4-12-2025, 17:46 5 dəfə baxılıb

 

Böyük Britaniya ilk dəfə Ermənistana rezident hərbi attaşe təyin edib.

“Azerinews.az” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Ermənistandakı Səfirliyi yayıb.

Sözügedən posta mayor Tomas Şorland Boll təyin olunub.

“Bu tarixi addım Birləşmiş Krallıqla Ermənistan arasında tərəfdaşlığın dayanıqlığının artmasını təcəssüm etdirir, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Böyük Britaniya bu ilin martında Azərbaycana da hərbi attaşe təyin etmişdi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031